Bütün elanlar
9 iyul, 2024

Rabitəbank olaraq sizinlə keşbek layihəsi üzrə əməkdaşlıqdan məmnunluq duyarıq!

Keşbek müqaviləmizə əsasən siz tərəfdən müəyyən edilmiş keşbek faizi vasitəsilə Kartmane kartına sahib müştərilərimizi yönəltməyi təklif edirik. Keşbek 2 %-dən başlayaraq siz tərəfdən təyin edilir. Qeyd edək ki, 2023-cü il üzrə aktiv Kartmane istifadəçisi və mobil tətbiq yüklənmə sayı 250.000-dən çoxdur. 


Əməkdaşlıq çərçivəsində göstərə biləcəyimiz marketinq və reklam dəstəkləri: ⬇️

  • Reklam vizuallarının hazırlanması;
  • Sosial mediada sponsorlu reklamlar;
  • Rəsmi veb-saytda yayım;
  • SMS bildiriş (bankın müştəri bazasına daimi sizinlə bağlı sms göndərilməsi)
  • Mobil tətbiq vasitəsilə reklam;
  • İnternet bankçılıq üzərindən reklam;
  • TV, radio və monitor reklamları;
  • Bankın filial şəbəkəsində reklam;
  • Razılaşdırılacaq digər kanallardan reklam;

Əlavə olaraq, sizin üçün xüsusi təkliflərimiz də var:

  • Bank tərəfindən razılaşma əsasında ilk aydan başlayaraq ödənişli reklam dəstəyinin göstərilməsi.
  • Bank tərəfindən razılaşma əsasında ilk aydan başlayaraq rüb ( 3 ay ) ərzində aktiv Kartmane kart istifadəçisi müştərilərinə sms və mobil tətbiqdən bildirişin göndərilməsi.

Təkliflərinizi dinləməyə və dəyərləndirməyə hər zaman hazırıq! 
Tərəfdaş şirkətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.